Qazaxıstanın Ulytau rayonundakı “Jomart” mədənində qaya uçması baş verib.
Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə 7 şaxtaçı dağıntılar altında qalıb və onların hamısı həlak olub.
Fövqəladə hadisə dünən, fevralın 17-də baş verib. “Qazaxmys” şirkətlər qrupundan verilən məlumata görə, axtarış-xilasetmə işlərinə Fövqəladə Hallar Departamentinin 21 əməkdaşı və yeddi texnikası, həmçinin xilasetmə xidmətinin iki bölməsi cəlb olunub. Şirkət səbəb kimi təbii qaz partlayışını göstərib. “Kazakhmys” israr edir ki, bu, onun mədənləri üçün “səciyyəvi deyil”. Fövqəladə vəziyyətin araşdırılması üçün xüsusi dövlət komissiyası yaradılıb. Ölənlərin ailələrinə fəhlənin orta illik əmək haqqının 10 misli və dəfn mərasiminin təşkili üçün 2 milyon təngədən (367 min rubl) çox pul ödəniləcək. Yeddi işçinin hamısının cəsədi səthə qaldırılaraq məhkəmə-tibbi ekspertizası üçün polisə təhvil verilib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev həlak olanların yaxınlarına başsağlığı verib və hökumətə faciənin səbəblərini hərtərəfli araşdırmağı tapşırıb, onun mətbuat xidməti məlumat yayıb.
//Samir Qurbanov, Editor.az