Qazaxstanda “Sibir yazvası” aşkarlanıb: Texnogen fövqəladə rejim tətbiq oluna bilərbackend

Qazaxstanda “Sibir yazvası” aşkarlanıb: Texnogen fövqəladə rejim tətbiq oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxstanın Karaqanda vilayətinin Topar kəndinin bir neçə sakini qarayara xəstəliyinə (Sibir yazvası) yoluxub. Xəstəliyin yayılmasına səbəb bu xəstəliyə yoluxmuş öküzün kəsilməsi olub.

Editor.az bildirir ki, indiyədək üç nəfərdə xəstəlik təsdiqlənib. Həkimlər daha iki nəfərin vəziyyətini izləyir. Sanitariya tədbirləri həyata keçirilir, xüsusilə əlaqədar şəxslər müəyyən edilib, onların sayı 30 nəfərdir. Toparın girişində avtomobillərin xüsusi müayinədən keçdiyi post qoyulub.

Kəndin ikinci girişi müvəqqəti bağlanıb. Sakinlərin gediş-gəlişinə heç bir məhdudiyyət qoyulmayıb, lakin hələlik kənddən nə mal-qara, nə də süd məhsulları ixrac etmək mümkün deyil. Yaxın vaxtlarda kənddə texnogen fövqəladə rejim tətbiq oluna bilər.

//Samir Qurbanov, Editor.az