Moskva metrosunun Kutuzovski prospektindəki “Park Pobedı” stansiyasında “QAZel” markalı yük furqonu yeraltı keçidə çırpılıb. Bu barədə RİA Novosti məlumat yayıb.
“Avtomobilə ciddi ziyan dəyib, kuzovu yeraltı keçidin tavanı uçurub. Sürücü özü maşından düşə bilib, lakin içəridə başqa bir nəfər sıxışıb və hadisə şahidləri ona çıxmağa kömək etməyə çalışırlar”, – xəbər agentliyi yazır.
//Samir Qurbanov, Editor.az