Qaziantep hava limanında fövqəladə hadisə: bütün uçuşlar dayandrıldıbackend

Qaziantep hava limanında fövqəladə hadisə: bütün uçuşlar dayandrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Qaziantep hava limanında naməlum işıq cisiminin olması xəbərindən sonra uçuşlar dayandırılıb.

Editor.az bildirir ki, bu barədə yerli “T24” qəzeti xəbər verir. Onun sözlərinə görə, söhbət drondan gedir. Hadisə dünən, fevralın 17-də baş verib. Yerli vaxtla təxminən 22:00-da pilotlar hava limanında təxminən 10 000 fut (3 000 m-dən çox) hündürlükdə parlayan naməlum obyekt görüblər və bu barədə idarəetmə qülləsinə məlumat veriblər. Obyekt radarda görünməyib və təyyarələrin hava limanından enməsi və qalxması qadağan edilib.

Obyekt haqqında dəqiq məlumat əldə etməyin hələlik mümkün olmayıb. O, müəyyən edildikdən sonra hava limanı fəaliyyətini bərpa edəcək.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında ABŞ-ın Şərq Sahilinin sakinləri mütəmadi olaraq onlarla naməlum dronların strateji hədəflər üzərində dövrə vurması barədə məlumat veriblər. Onlara görə, xüsusən də Nyu Yorkdakı hava limanı fəaliyyətini dayandırıb. İHA-lar ABŞ-ın Almaniya və Böyük Britaniyadakı bazaları üzərində də müşahidə edilib. ABŞ Ağ Evi bunu milli təhlükəsizliyə təhdid hesab etməyib.

//Samir Qurbanov, Editor.az