“Qaziantep” yeni transfer ərəfəsindəbackend

“Qaziantep” yeni transfer ərəfəsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Qaziantep” klubu “Əl Əhli” klubunda icarə əsasında oynayan Marko Yetoviçi transfer etmək istəyir. Editor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Serbiyanın “Partizan” klubuna məxsus olan Yetoviç bir müddət “Konyaspor” klubunda çıxış edib. Uzun müddətdir aparılan danışıqlar öz bəhrəsini verib. Transfer ən qısa zaman ərzində baş tutacaq.

Qeyd edək ki, 29 yaşlı oyunçu keçən mövsüm “Partizan”ın heyətində 20 oyunda cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb. O, mövsümün digər yarısını “Əl-Əhli”də keçirib. Burda isə 15 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az