Qaziantepdə zəlzələdən böyük ziyan görən Nurdalı şəhərini yer üzündən silmək qərarına gəliblər. Şəhər eyni yerdə yenidən qurulacaq.
Editor.az bildirir ki, bu barədə vali Osman Bilgin məlumat verib. Təbii fəlakət Nurdalıya fəlakətli təsir göstərib, ölənlərin sayı minlərlədir. Bilgin bildirib ki, təkcə bir binanın dağıntıları altında 150 ölü tapılıb.
Hazırda axtarış-xilasetmə işləri yekunlaşır, insanların ola biləcəyi son səkkiz evdə işlər aparılır. Dağıntılar təmizlənəcək və şəhər tamamilə söküləcək. Sonra Nurdalı yenidən tikiləcək. Qeyd edək ki, son faciəli hadisələrə qədər şəhərdə 40 minə yaxın insan yaşayırdı.
//Samir Qurbanov,Editor.az