Qazın qiymətlərinin ən sürətli şəkildə artdığı Avropa ölkələri açıqlanıbbackend

Qazın qiymətlərinin ən sürətli şəkildə artdığı Avropa ölkələri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən il LPG qiymətləri Rumıniya, Yunanıstan və Danimarkada demək olar ki, yarıya enib, yanacaq xərcləri isə Litvada təxminən 70%, Polşa və Slovakiyada isə 20% artıb.

Editor.az bu barədə rus mətbuatına istinadla xəbər verir.

Məlumata görə, 30 ölkənin, o cümlədən Rusiya, Belarus, Fransa, İngiltərə, İtaliya, İspaniya, Qazaxıstan, Almaniya, Avstriya və digər ölkələrin məlumatları daxil edilib. Bildirilir ki, ötən il qazın bahalaşması çoxşaxəli olub. Belə ki, artım 15 ölkədə baş verib. Ən çox qiymət artımı Litvada (+67,6%), Polşada (+24,3%) və Slovakiyada (+22,4%) qeydə alınıb. Qiymətlərin azalması aşağıdakı ölkələrdə müşahidə olunur: Rumıniya (-55,5%), Yunanıstan (-42,1%) və Danimarka (-41,3%).

Rusiyada LNG-nin dəyəri dəyişməyib və 2024-cü ilin birinci rübündə əvvəlki ilin səviyyəsində qalıb. Bildirilir ki, 2024-cü ildə qazın dünya qiymətləri daha çox yığılmış ehtiyatlar hesabına azalacaq. 2024-cü ildə Avropa bazarında qazın orta illik qiyməti min kubmetr üçün 300-350 dollar civarında olacaq.

//Gülnarə Abasova, Editor.az