“Qazprom”dan Avropanı silkələyən videoçarx: “Qış şiddətli keçəcək”backend

“Qazprom”dan Avropanı silkələyən videoçarx: “Qış şiddətli keçəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Rusiyanın enerji şirkəti “Qazprom” “Şimal axını” boru kəməri ilə təbii qaz nəqlini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiya qaz axını kəsdikdən sonra qış aylarını necə keçirəcəyini düşünən Avropa hələ də rus qazına alternativ tapa bilməyib.

Qazprom daha sonra buz altında qalan Avropa İttifaqı (Aİ) ölkələrini əks etdirən video paylaşıb.

Reklam çarxında “Qış şiddətli keçəcək, ancaq qaranlıq və qar olacaq” şüarından istifadə edərək Avropa İttifaqını qorxudub. Təbii qaz nəqlinin qeyri-müəyyən müddətə dayandırıldığını açıqlayan Rusiyanın enerji şirkəti “Qazprom” yayımladığı video ilə bu qışın Avropada çətin keçəcəyini iddia edib.

//Safura Bənnayeva, Editor.az