“Qazprom Neft” 2024-cü ildə dünya bazarında neftin qiymətini proqnozlaşdırıbbackend

“Qazprom Neft” 2024-cü ildə dünya bazarında neftin qiymətini proqnozlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə dünya bazarında neftin qiyməti bir barel üçün 80-100 dollar arasında dəyişəcək.

Editor.az xəbər verir ki, bu proqnozu “Qazprom Neft”in rəhbəri Aleksandr Dyukov verib.

“Ancaq yenə də çoxlu sayda amillərdən asılı olacaq. Hazırda bazar balanslıdır, biz bazarda neft qıtlığını görmürük”, – deyə ekspert izah edib.

Ötən gün baş nazirin müavini Aleksandr Novak Rusiyanın OPEC+ qarşısındakı öhdəlikləri çərçivəsində iyun ayına qədər neft hasilatını sutkada 9 milyon barelə (b/d) azaltacağını açıqlayıb. Hasilatın azalması apreldə 350 min barel/gün, may ayında isə 400 min barel/gün olacaq.

Bundan əvvəl Vaşinqton Rusiya Federasiyasından gələn neftin xaricdə emal olunduqdan sonra vəziyyəti ilə bağlı mövqeyini açıqlamışdı. ABŞ rəsmiləri bildiriblər ki, üçüncü tərəflər tərəfindən emal edilən Rusiya nefti texniki cəhətdən Qərbin Moskvaya qarşı sanksiyalarına məruz qalmır.

//Gülnarə Abasova, Editor.az