“Qazprom”un rəhbəri Putini “devirməyə” çağırdıbackend

“Qazprom”un rəhbəri Putini “devirməyə” çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı təbliğatçı jurnalistlərin yazışmalarını sızdıran Anonymous qruplaşması ilə əlaqəli olan ATW haker qrupu Rusiyanın “Qazprom” şirkətinə hücum edib və şirkətin saytında baş direktor Aleksey Millerin “Alternativ Rusiya” başlıqlı mesajını yerləşdirib.

Editor.az lent.az-a istinadən xəbər verir ki, Miller öz “mesajında” guya “xüsusi əməliyyat”dan narazılığını və prezident kreslosunda Vladimir Putini əvəz etməyə hazır olduğunu bildirib.

“Bir vətənpərvər kimi mən Rusiyanın parlaq gələcəyini və onun həyatının bütün sahələrinin inkişafını dəstəkləyəcəyəm. Mən indi ölkəmin rejiminin həyata keçirdiyi zorakılığı rədd edirəm və nifrət edirəm.

İnanıram ki, mən iqtisadi inkişaf və tərəqqi yolunu seçərək böyük vətənimizin layiqli əvəzçisi və uğurlu rəhbər ola bilərəm.

Bütün həmkarlarımdan, dostlarımdan, tanışlarımdan alternativ mövqeyə dəstək vermələrini xahiş edirəm.