“Qazprom”un Ukrayna üzərindən Avropaya daşıyacağı qazın həcmi 20 faiz artacaqbackend

“Qazprom”un Ukrayna üzərindən Avropaya daşıyacağı qazın həcmi 20 faiz artacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın enerji şirkəti “Qazprom”un Rusiya mətbuatına verdiyi açıqlamaya görə, Sohranivka paylayıcı məntəqəsindən qazın çatdırılması tələbi Ukrayna tərəfindən rədd edilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Suca məntəqəsindən daşımaların davam etdiriləcəyi bildirilən açıqlamada sözügedən məntəqədən daşınma həcminin bu gün 29,4 milyon kubmetr səviyyəsində olacağı qeyd edilib.

Ötən gün Ukrayna üzərindən Avropaya 24,5 milyon kubmetr təbii qaz göndərən “Qazprom”un daşıması yanvarın 31-i ilə müqayisədə 20 faiz artacaq.

Onu da qeyd edək ki, “Qazprom”-un Şimal axını və Yamal-Avropa boru kəmərləri ilə Qərbi və Mərkəzi Avropaya təbii qaz nəqli də dayandırılıb. Şirkətin sözügedən bölgələrə daşınması yalnız Ukrayna üzərindən davam edir.

//Safura Bənnayeva, Editor.az