“Qəbələ” Macarıstan səfərindən evə əliboş qayıdır. Qarşılaşmanın ikinci hissəsində “Fehervar” “Qəbələ”nin qapısından daha üç top keçirib.
67-ci dəqiqədə A.Rus hesabı 2-1 edib. K.Kodro 74-cü dəqiqədə özünün ikinci, komandasının isə üçüncü topunu vurub. Qarşılaşmanın 86-cı dəqiqəsində M.Musayev “Qəbələ”ni azlıqda qoyub.
Yekun hesabı isə 90-cı dəqiqədə B.Zivzivadze təyin edib. 4:1 hesabı ilə meydan sahibləri təmsilçimizi darmadağın edib.
Macarıstanda “Fehervar”a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən “Qəbələ”nin futbolçusu İlkin Qırtımovun son durumu açıqlanıb.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Report”a verdiyi məlumata görə, 32 yaşlı müdafiəçi xəstəxanaya yerləşdirilib.
O, sistem köçürülən oyunçunun altı saat həkim nəzarəti altında qalacağını bildirib.
***
Qəbələ”nin futbolçusu İlkin Qırtımov Macarıstanda “Fehervar”a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ağır zədə alıb.
“Report”un məlumatına görə, rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb.
Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. “Qırmızı-qaralar”ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib.
Futbolçu meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.
Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab bərabərdir – 1:1.

