Qəbələ RLS-də faciəvi hadisə: Ölən varbackend

Qəbələ RLS-də faciəvi hadisə: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ Radiolokasiya Stansiyasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Soltannuxa kəndində yerləşən hərbi təyinatlı obyektdə mühafizəçi işləyən 1981-ci il təvəllüdlü Sərvan Hüseyn oğlu Balasoltanovu elektrik cərəyanı vurub. O, hadisə yerində vəfat edib.

Ölən şəxsin Qəbələ Rayon Mühafizə Şöbəsinin mülki işçisi olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.