Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı – Xəsarət alanlar Bakıya gətirilibbackend

Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı – Xəsarət alanlar Bakıya gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə Nic qəsəbəsində saat 5 radələrində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Onlar – Qəbələ rayonu Nic qəsəbə sakini 1973-cü il təvəllüdlü Boyacari Boris Baqroviç onurğanın yumşaq toxumalarının əzilməsi, Uludaş kənd sakini 1961-ci il təvəllüdlü Zeynalov İzafəddin Nəcməddin oğlu sağ said sümüyü və sol qabırğaların sınığı, üçüncü şəxs isə Nic qəsəbə sakini 1999-cu il təvəllüdlü Boyacari Dmitriy Borisoviç birinci boyun fəqərəsinin yarım çıxığı xəsarətləri alıblar.

Qəzada dünyasını dəyişən isə 1997-ci il təvəllüdlü Mirzəbəyli kənd sakini Muradov Şahmurad Qorxmaz oğludur.

İ.Zeynalov və D.Boyacari müalicə üçün Qəbələdən Bakıya müalicəyə gətiriliblər.