Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildibackend

Qəbələdə dağlıq ərazidə hündürlükdən yıxılan şəxs xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Nohurqışlaq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1986-cı il təvəllüdlü Orxan İkram oğlu Məmmədovun dağlıq ərazidə hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.