Qəbələdə şəhidləri təhqir edən şəxsin evinə HÜCUM OLDU – İcra nümayəndəsindən AÇIQLAMA – VİDEObackend

Qəbələdə şəhidləri təhqir edən şəxsin evinə HÜCUM OLDU – İcra nümayəndəsindən AÇIQLAMA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələnin Vəndam qəsəbəsində bağ evi olan Bakı şəhər sakini Cabir Rüstəmov adlı şəxslə qəsəbə sakinləri arasında insident yaşanıb.

Bu barədə görüntülər sosail şəbəkələrdə yayılıb. Qəsəbə sakinlərinin iddiasına görə, Cabir Rüstəmov şəhidlərin xatirəsini təhqir edib.

Bundan hiddətlənən sakinlər etiraz olaraq onun evinin qarşısına yığışıblar. Onlar ev sahibindən çölə çıxıb açıqlama verməyi tələb ediblər. Lakin Cabir Rüstəmov və ailə üzvləri evdən bayıra çıxmayıblar. Əraziyə hüquq mühafizə orqanları cəlb olunub.

Məsələ ilə bağlı Vəndam qəsəbəsinin İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, hadisə tərəflərin bir-birini yanlış anladığından baş verib.

“Tərəflərin arasında toydan sonra hadisə yaşanıb. Bu zaman anlaşılmazlıq baş verib. Dünən hər iki tərəf görüşüb, anlaşılmazlıq aradan götürülüb və onlar barışıblar. Ortada heç bir ciddi məsələ yoxdur. Sadəcə, toydan sonra əhvalları bir az dəyişgən olan tərəflər bir-birlərini düz başa düşməyiblər”.

İcra nümayəndəsi həmçinin qeyd edib ki, şəhidlərin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir.

“Vəndamın bir neçə şəhidi var onların adına burada xiyaban qurulub. Hamı bütün şəhidlərə hörmətlə yanaşır, o cümlədən vəndamlılar və onun qonaqları da”.