Qəbiristanlıqda ruhi xəstə dəhşətli qətl törətdi: Mərhumun qızı… – Təfərrüatbackend

Qəbiristanlıqda ruhi xəstə dəhşətli qətl törətdi: Mərhumun qızı… – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Masallı rayonunda qəbiristanlıqda qətl törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü İlqar Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 xəbər verir ki, İlqar Camalov Masallı rayonunun Mollaoba kənd sakin Urfan Həsənovun onun barəsində müxtəlif şəxslərə təhqiramiz sözlər danışaraq şəxsiyyətinin alçaltıdğını ehtimal edib.

Bundan qəzəblənən İlqar Urfanı öldürmək fikrinə düşüb. Bu səbəbdən 7 aprel 2018-ci ildə səhər saatlarında yaşadığı Sumqayıtdan Mollaoba kəndində yaşayan valideynlərinin yanına gəlib. Ertəsi gün səhər saat 9 radələrində valideynlərinin yaşadığı evdən bıçaq götürüb və kənd ərazisində Urfanı axtarıb.

Onlar kənd məscidinin yanında rastlaşıblar. İlqar söhbət etmək bəhanəsi ilə Urfanı kənd qəbiristanlığına aparıb.

İlqar orada Urfanla üz-üzə dayanıb, sonra heç bir söz demədən üzərindəki bıçaqla onun ürək nahiyəsinə zərbə vurub.

Urfan Həsənov aldığı zərbədən hadisə yerindəcə dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən İlqar Camalovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmə İlqar Camalovun barəsində ittihamedici hökm çıxarılmayıb. Buna səbəb İlqar Camalovun ruhi xəstə olduğu göstərilib. Qatilin cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə hökm çıxarılıb.

Anlaqsız vəziyyətdə cinayət törətmiş İlqar Camalova ixtisaslaşdırılmış psixatriyastasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

Qərarın icrasının Bakı İstintaq Təcridxanasına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun qızı Mehriban Həsənova apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cəzalandırılmasını istəyib.

Zərərçəkmiş tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Əliyevin sədrlik etdiyi kollegiyada apelyasiya şikayəti təmin olunmayıb.