Qəbul imtahanlarında COVID pasportu tələb olunacaq?backend

Qəbul imtahanlarında COVID pasportu tələb olunacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəbul imtahanlarında COVİD pasportu tələb olunmayacaq. Sadəcə nəzarətçi müəllimlərdən tələb oluna bilər. Bunu nəzərdən keçirə bilərik. Çünki onlar kənardan gələn şəxslərdir. Bizim işçilərin hamısı peyvənd olunub”

Editor.az-a xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 26-da keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, imtahan iştirakçılarının yaşı 18-dən aşağı olduğundan onlara peyvənd vurulması nəzərdə tutulmur: “Onlardan sadəcə sağlam olmaları barədə bəyannamə tələb olunur”.