Qəbul imtahanlarında qayda pozan 9 abituriyentin nəticəsi ləğv edilibbackend

Qəbul imtahanlarında qayda pozan 9 abituriyentin nəticəsi ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyunun 4-5-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Mərkəzdən “Report”a bildirilib ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 38 539 abituriyentdən (I qrup üzrə 33 219 nəfər, IV qrup üzrə 5320 nəfər) 4568 nəfəri (I qrup üzrə 4201 nəfər, IV qrup üzrə 367 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 9 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.