Qədir Xəlilov: “Prezident seçkiləri ilə bağlı gənclərin fəallığı ən yüksək səviyyədədir”backend

Qədir Xəlilov: “Prezident seçkiləri ilə bağlı gənclərin fəallığı ən yüksək səviyyədədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı gənclərin fəallığı ən yüksək səviyyədədir.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Gənclər Forumunun (AGF) icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov deyib.

O bildirib ki, gənclər arasında vətəndaşlıq borcunun yerinə yetirilməsi ilə bağlı daim təşviqat işləri aparılır: “Gənclərin fəallığı bizi sevindirir, fərəhləndirir. Ümid edirəm ki, qarşıdan gələn prezident seçkilərində bu fəallığın növbəti dəfə şahidi olacağıq”.

Q.Xəlilov, həmçinin 2023-cü ildə həyata keçirilən əsas işlərdən də söz açıb: “Ötən il gənclər üçün çox əlamətdar oldu. Çünki 2023-cü il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu. Odur ki, ötən il ərzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Forumunun təşkilatçılığı ilə minlərlə tədbir keçirildi. Həmin tədbirlərdə yüz minlərlə gənc iştirak etdi. Beləliklə, gənclərin Ulu Öndərin irsinin öyrənilməsinə ciddi töhfə verildi. Eyni zamanda, vətənpərvərlik mövzusunu və dünyada baş verən müasir trendləri də daim aktual saxlamağa çalışmışıq. Bu addımları atarkən gənclərin fikirlərini öyrənmiş, onların idealarından bəhrələnmişik”.

İcraçı direktor 2024-cü ilin də yaddaqalan olacağını diqqətə çatdırıb: “Bildiyiniz kimi, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”dir. Eyni zamanda ölkəmizdə COP-29 tədbiri keçiriləcək. Biz də, əlbəttə, bu mövzuları diqqətdə saxlayacağıq. Ümumiyyətlə, ekologiya mövzusu bizim üçün yad deyil. Əvvəllər də oxşar mövzularda tədbirlər keçirmişik”.

Q.Xəlilov söyləyib ki, keçirilən tədbirlərdə, atılan addımlarda rəqəmsallaşma, müasir tendensiyalar daim əsas götürülür.