Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhid olan Seyidzadə Mirhüseyin Miryunis oğlunun doğum günüdür.
Mirhüseyin 11.02.1991-ci il tarixdə Gəncədə anadan olub. Uşaqlıqdan vətənə, torpağa bağlı olan Mirhüseyn Seyidzadə hərbçi olmağı da bu səbəbdən seçib. 3 il müddətdən artıq hərbi xidmət keçib.
İkinci Vətən müharibəsi dövründə yoldaşları ilə birgə 14 gün müddətində düşmənə ağır zərbələr endirib. Fizuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə misilsiz xidmətlər göstərib. Mirhüseyn Seyidzadə Vətən müharibəsində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ailənin tək övladı olan şəhid Seyidzadə Mirhüseyin ölümündən sonra “Vətən uğrunda” medalı, “İkinci dərəcəli Vətənə xidmətə görə” ordeni, 3-cü dərəcəli “Rəşadət” ordeni, Cəbrayılın, Qubdalının, Laçının azad edilməsinə görə medalları ilə təltif edilib.
Qəhrəman şəhidimizə Allahdan rəhmət diləyir, böyük hörmət və ehtiramla anırıq!



