“Qəhrəman və qorxaq görüşdü”: dünya Tramp və Zelenski arasındakı mübahisəyə necə reaksiya verir?backend

“Qəhrəman və qorxaq görüşdü”: dünya Tramp və Zelenski arasındakı mübahisəyə necə reaksiya verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ABŞ -da prezident Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında uğursuz başa çatan görüş bütün dünyanın diqqət mərkəzindədir. Editor.az xarici mediaya istinadən xəbər verir ki, müxtəlif ölkə liderləri və və siyasətçilər ABŞ-da uğursuz danışıqlardan sonra Ukrayna və prezident Volodomir Zelenskiyə dəstək ifadə edirlər.

Polşa

“Hörmətli Volosimir Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”, – Polşanın baş naziri Donald Tusk yazıb.

Fransa

Fransa prezidenti Emmanuel Makron “Təcavüzkar var, o, Rusiyadır, bir də təcavüzə məruz qalmış xalq var, o da Ukraynadır. Biz əvvəldən öz övladları, Avropanın təhlükəsizliyi və müdafiəsi üçün mübarizə aparanlara hörmətlə yanaşmalıyıq”.

İspaniya

İspaniya hökumətinin başçısı Pedro Sançes X mikrobloqunda “Ukrayna, İspaniya sizinlədir” yazıb.

ABŞ

Kaliforniya senatoru Adam Şiff  yazıb: “Bu gün qəhrəman və qorxaq Oval kabinetdə görüşdülər. Görüş başa çatdıqdan sonra isə qəhrəman evinə Ukraynaya gedəcək”.