Qəhvə kisələri arasından 500 kiloqram kokain çıxıbbackend

Qəhvə kisələri arasından 500 kiloqram kokain çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrənin Fribourq Kantonunda qəhvə kapsul istehsalçısı “Nespresso” zavodunun işçiləri qəhvə dənələri olan kisələrdə ağ maddə aşkar edib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, polis əməliyyat axtarış tədirləri zamanı kisələrdə aşkarlanan maddənin kokain olduğunu müəyyən edib.

Bazar dəyəri təqribən 50 milyon avro olan kokainin Avropa bazarına göndərilməsi ehtimal olunur. Hadisə ilə bağlı araşdırma başladılıb.

Məşhur qəhvə firması “Nespresso” isə hadisədən sonra açıqlama verib.

“Fabrikdəki kokain digər məhsullara təsir göstərməyib. Bütün məhsullarımızın istehlak üçün təhlükəsiz olduğuna zəmanət veririk”, -deyə “Nespresso”nun nümayəndəsi bildirib.

//Nəzərbəy, Editor.az