Qələbə sevincini xalqla bölüşməyən azərbaycanlı ulduzlarbackend

Qələbə sevincini xalqla bölüşməyən azərbaycanlı ulduzlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hərbi əməliyyatların başlamasından 44 gün sonra təxminən 30 ildir Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistanı məğlub etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış ortaq bəyanat Ermənistan tərəfinin kapitulyasiyası oldu.

Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan Ordusunu və xalqını dəstəkləməsi də özünü çox gözlətmədi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar müxtəlif formalarda xalqla birliklərini nümayiş etdirdilər.

Bütün bu müsbət cəhətlərlə yanaşı, bəzi soydaşlarımızın tutduğu mövqe təəssüf doğurur. Belə ki, bəzi azərbaycanlı müğənnilər, bloqerlər və müxtəlif fəaliyyət sahələrində nüfuz sahibi olan və sosial şəbəkələrdə çoxmilyonlu auditoriyası olan digər şəxslər Ordumuzun əldə etdiyi uğurlar barədə məlumat paylaşmayıb. Belə davranışı isə yalnız bu məşhur şəxslərin doğma Vətənlərinə dəstəyini xoşlamayacaq izləyicilərini abunəçilikdən itirmək qorxusu ilə izah etmək olar.

Onların gələcəkdə hansı üzlə Azərbaycanda çıxış etmək və ya əsgərlərimizin qanı və qəhrəmanlığı ilə azad edilmiş Şuşanı ziyarət etmək niyyətlərini açıqlayacaqlarını, tamaşaçıların qarşısına çıxaraq xalqına, o cümlədən Qarabağa sonsuz məhəbbətdən necə bəhs edəcəklərini izləmək maraqlı olacaq. Axı onlar ən vacib günlərdə quyruqlarının qapi arasında qalmasından qorxub Azərbaycan xalqının qəhrəmanlıq qələbəsi haqqında bir kəlmə də söyləməyiblər!

Onlar papaqlarını qabaqlarına qoyub qarşı tərəfə baxsalar, daha yaxşı olar. Qərb media məkanında tanınmış qrup olan “System of A Down” dördillik sükutdan sonra həmvətənlərini dəstəkləyən klip yayımladı və yutubda bu yolla orduları üçün vəsait toplanmasına şərait yaratdı.

 “System of A Down” qrupu

“System of A Down” qrupu

Misal üçün, hər hansı xırda uğuru qeyd etməyə adət edən Hüseyn Həsənov bu yaxınlarda 15 milyon izləyici həddinə çatmasını “Queen” qrupunun “We are the champions” mahnısının sədaları altında çılğınca qeyd etmişdi. Ancaq çempionun qələbəsini və ümummilli sevinci görməməzlikdən gəldi! Təmsilçisi olduğu xalqa ünvanlanan bircə kəlmə də dilindən çıxmadı.

Yəqin gənclərin çoxu Hüseyn Həsənovun abunəçilərini və pərəstişkarlarını alış-veriş mərkəzlərindən birinə toplayaraq onlara və vətənlərinə olan sevgisini bölüşdüyü anı xatırlayır. Ancaq növbəti dəfə oxucular öz-özünə sual verəcək: Hüseyn Həsənovun simasında bu cür insanların tədbirinə getməyə dəyər, yoxsa sadəcə bir düyməni basmaqla bloqeri, müğənnini və ya sadəcə yalançı təlxəyi izləmədən çıxmaq yaxşıdır?

Sübhan Məmmədov, instaqramda 5,1 milyon izləyicisi var

Nəvaib, 1,3 milyon izləyici

Vətənini dəstəkləməyə cürəti çatmayan bu müğənni bu azmış kimi, Ermənistanın Gəncə, Tərtər, Bərdə və digər şəhərlərdə mülki insanlara raket zərbələri endirdiyi Azərbaycan üçün çətin günlərdə konsertlər təşkil edib.

Elman, 1,1 milyon izləyici

Rauf & Faik, 910 min izləyici

Bəxtiyar Əliyev (bahhtee), 710 min izləyici

Bu məşhurları ilk günlərdən Vətənlərinin taleyi maraqlandırmırdı və ən çətin günlərdə xalqla həmrəylik göstərmədilər. Axı erməni saxtakarlıqları fonunda xaricdəki hər bir azərbaycanlı Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatlardan bir neçə kilometr uzaqda yerləşən Azərbaycan şəhərlərinə terror hücumları barədə məlumatlar dərc etməyi özünə borc bilirdi.