Qənirə Paşayeva şəhid Zaur Hüseynovun ailəsi ilə görüşdübackend

Qənirə Paşayeva şəhid Zaur Hüseynovun ailəsi ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və RHİMİB sədri A.Bağırova qəhrəman şəhidimiz Zaur Hüseynovun ailəsi ilə görüşüblər, dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyiblər.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Hişkədərə kənd sakini, şəhid leytenant Zaur Hüseynovun atası Vaqif Hüseynovla, anası Vəfa Eynullayeva, həyat yoldaşı Aytel Hüseynova və şəhidimizin 1 yaşlı qızı Zeynəb Hüseynli ilə görüşüblər.
Qənirə Paşayeva şəhid ailəsini işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz şəhid ailəsi, Siz Vətən uğrunda comərdcə döyüşərək öz canını fəda etmiş zabitimizin ailəsisiniz. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Sizin kimi qəhrəman şəhidlərimizin ailələri haqq edir. Biz Sizə minnətdarıq!
Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır.
Biz bilirik ki, sizin oğlunuz Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Oğlunuz, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fədakarlıqla iştirak edib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib.
Zaur kimi vətənpərvər zabitlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!
Şəhidimizin əziz ailəsinə tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar təqdim edilib.
Görüşdə “Asiya.Az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov iştirak edib.
Loading...