backend

Qənirə Paşayeva Böyük Britaniya və Avstraliyanın fəal qadınları ilə köçkün qadınlardan danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Granfield Beynəlxalq Qadın Liderləri Mərkəzinin icraçı direktoru Susan Vinnicombe, Avstraliyanın Pttinger şirkətinin təsisçisi Kassandra Kelli, “Financial Times” qəzetinin Asiya-Sakit okean bürosunun (Avstraliya) baş direktoru Angela Mackay və “Financial Times”qəzetinin (Böyük Britaniya) biznez redaktoru Sarah Qordon ilə görüşməkdən məmnunluğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın Böyük Britaniya və Avstraliya dövlətləri ilə münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib.
Millət vəkili Q.Paşayeva Böyük Britaniyanın Granfield Beynəlxalq Qadın Liderləri Mərkəzinin icraçı direktoru Susan Vinnicombe, Avstraliyanın Pttinger şirkətinin təsisçisi Kassandra Kelli, “Financial Times” qəzetinin Asiya-Sakit okean bürosunun (Avstraliya) baş direktoru Angela Mackay və “Financial Times”qəzetinin (Böyük Britaniya) biznez redaktoru Sarah Qordona Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı onlara 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib və fikir mübadiləsi aparılıb.
Millət vəkili Q.Paşayeva görüşün sonunda Böyük Britaniyanın Granfield Beynəlxalq Qadın Liderləri Mərkəzinin icraçı direktoru Susan Vinnicombe, Avstraliyanın Pttinger şirkətinin təsisçisi Kassandra Kelli, “Financial Times” qəzetinin Asiya-Sakit okean bürosunun (Avstraliya) baş direktoru Angela Mackay və “Financial Times”qəzetinin (Böyük Britaniya) biznez redaktoru Sarah Qordona Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib və onları ölkəmizə dəvət