Qənirə Paşayeva I Qarabağ müharibəsinin qazisinin 55 illik yubileyini təbrik edibbackend

Qənirə Paşayeva I Qarabağ müharibəsinin qazisinin 55 illik yubileyini təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva I Qarabağ müharibəsinin qazisi, şair Ədalət Nicatla görüşüb, onu 55 illik yubileyi və yeni kitabının gün üzü görməsi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Hörmətli Ədalət müəllim,
Sizi, 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Sizin yaradıcılığınızda Vətənin tərənnümü, doğma Qubadlının, Qarabağın, ümumən Azərbaycanın təbiət və insan gözəlliklərinin poetik dillə ifadəsi aparıcı yer tutur.
Çox şadıq ki, bu ilki yubileyinizi doğma Qubadlının düşmən tapdağından azadlığının birinci ildönümünün sevinc, fərəh və qüruru içində keçirirsiz. Siz özünüz əldə silah Vətənin düşmən işğalındana zad olunması uğrunda vuruşmusuz.
Sizi 55 ilik yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!
Komitə sədri qazı şairə Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Görüşdə “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva da Ədalət Nicatı təbrik edib və Qarabağ motivli hədiyyə təqdim edib. RHİM İB sədri Arzu Bağırova da yubilyarı təbrik edərək öz ürək sözlərini bölüşüb.