Qənirə Paşayeva Mədəniyyət Nazirliyi İctimai Şurasının bir qrup üzvü ilə görüşübbackend

Qənirə Paşayeva Mədəniyyət Nazirliyi İctimai Şurasının bir qrup üzvü ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyi İctimai Şurasının bir qrup üzvü ilə görüşüb.

Mədəniyyət Nazirliyi İctimai Şurasının sədri Gəray Əlibəyov, şura sədrinin müavini Şahin Qədirov, Şura üzvü Samirə Mustafayeva şuranın gördüyü, görməyi planlaşdırdığı işlər, ölkənin mədəniyyət təsərrüfatında müşahidə olunan müxtəlif məsələlər – uğurlar, problemlər və mədəniyyət işçilərinin, incəsənət xadimlərinin qayğıları, müraciətləri, təşəbbüs və təklifləri ilə bağlı fikirlərini bölüşüb.

Komitə sədri bu görüşün Mədəniyyət Nazirliyi İctimai Şurasına seçkilərdən sonra ilk dəfə baş tutduğunu, gələcəkdə belə fikir mübadilələrini müntəzəm şəkildə keçirməyin ümumi işə faydalı olacağını bildirib, onları məsuliyətli vəzifəyə seçkilərdə uğur qazandıqlarına görə təbrik edib. Şura üzvlərinə yaradıcılıqda və təşkilatı fəaliyyətdə uğurlar arzulayan Q.Paşayeva, yaxın vaxtda Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi və İctimai Şuranın birgə toplantısını keçirməyi təklif edib.

Komitə sədri şura züvlərinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Görüşdə Komitənin əməkdaşı və Mədəniyyət Nazirliyi İctimai Şurasının sədr müavini Əkbər Qoşalı, RHİM İB sədri Arzu Bağırova, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva iştirak edib.