Qənirə Paşayeva Milli Məclisdə Tovuzla bağlı təkliflərlə çıxış edibbackend

Qənirə Paşayeva Milli Məclisdə Tovuzla bağlı təkliflərlə çıxış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qənirə Paşayeva büdcə müzakirələri zamanı Tovuzla bağlı bir sıra təkliflərlə çıxış edib və hökuməti onların həlli istiqamətində dəstək göstərməyə çağırıb.

Lent.az-ın məlumatına görə, Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində sakinlərlə görüşdüyünü deyən millət vəkili kəndə gələn yolun çox ağır vəziyyətə olması, sakinlərin çox əziyyət çəkmələri, yolun düzəldiləcəyi ilə bağlı işlərin gecikməsinə dair fikirlərini səsləndirərək bildirib ki, bu yol doğurdan da pis vəziyyətdədir və onun qısa zamanda düzəldilməsinə ehtiyac var.

Millət vəkili rayonda təbii qazla bağlı problemlər barədə də danışaraq deyib ki, Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunda xeyli sayda kənd hələ də qazlaşmayıb. O, “Azəriqaz”ı qısa zamanda onların problemlərinin həlli istiqamətində addımlar atmağa çağırıb. Millət vəkili Hunan kəndi ilə bağlı problemə xüsusi toxunub və bildirib ki, bu kəndin yaxınlığında yaşayış məntəqələri təbii qazla təmin edilib, amma neçə ildir bu kəndin məsələsi həll edilməmiş qalır və “Azəriqaz”ı qısa zamanda bu məsələni həll etməlidir.

Millət vəkili eyni zamanda yeni yaşayış massivlərində yaşayan ailələrə təbii qazın verilməsi ilə bağlı yaradılan bürokratik problemlərə də toxunub və bildirib ki, hər hansı bir ailənin öz mənzilinə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar sənədləşmə məsələləri “Azəriqaz”ın rayonlarda olan şöbələri tərəfindən həyata keçirilməlidir: “Tovuzda bir sıra kəndlərdə  sovet dövründə ev tikmiş abonentlerin evi təbii qazla təmin edilib, amma müstəqillik illərində tikilmiş yeni məhlələr deyilən yaşayış ərazilərində, evlərdə qaz yoxdur. Yəni bir kəndin içində əhalinin bir hissəsinin qazla təmin edilib, bir hissəsinin edilməməsi bu problemdən əziyyət çəkən insanları ciddi narahat edir və onlar bütün görüşlərdə bu məsələni qaldırırlar”.