Qənirə Paşayevanı o əvəz etdi – Parlament təsdiqlədi – YENİLƏNİB – FOTObackend

Qənirə Paşayevanı o əvəz etdi – Parlament təsdiqlədi – YENİLƏNİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni sədr seçilib.

Milli.Az xəbər verir ki, deputat Kəmaləddin Qafarovun işçi qrupuna sədrliyi təklif edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb.

K.Qafarovun namizədliyi təsdiqlənib.

Qeyd edək ki, o, bu vəzifədə mərhum deputat Qənirə Paşayevanı əvəzləyib.

————–
23.05.2024

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilir.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu, bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Kəmaləddin Qafarovun işçi qrupunun rəhbəri təyin olunması təklif edilir.

Qərar layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub. Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixdə vəfat edib.