Qərargah rəisi azadlığa buraxılmadı, amma cəzası azaldıbackend

Qərargah rəisi azadlığa buraxılmadı, amma cəzası azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş “N” saylı hərbi hissənin qərargah rəisi Vüsal Əliyevin kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə məhkum zabitin şikayətini qismən təmin edib.

Hakimlər V.Əliyevin azadlığa buraxılmasını uyğun hesab etməyib. Qərara əsasən, onun cəzası 6 ay azaldılıb.

Məhkumun cəzaçəkmə müddəti 2023-cü ilin aprelindən hesablanır.

Xatırladaq ki, kapitan Vüsal Əliyev təkrar rüşvət almaqda təqsirli bilinib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona sanksiya həddindən aşağı – 4 il azadlıqdan məhrumetmə cəzası verilib.