Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin hesab edir ki, Qərb dövlətləri onun ölkəsində “rəngli inqilab” təşkil etmək istəyirlər.
Onun sözlərinə görə, Qərb Serbiya prezidenti Aleksandr Vuçiç üçün sələfi Slobodan Miloseviçin taleyini hazırlayır. Sonuncu devrildi, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının qarşısına çıxdı və məhkəmənin bitməsini gözləmədən 2006-cı ildə Haaqada həbsxana kamerasında öldü. “Bildiyimiz kimi, devirmək təkcə hakimiyyətin dəyişməsi deyil, həm də hakimiyyət sahibinin fiziki olaraq ləğvi deməkdir.
2000-ci il oktyabrın 5-də devrildikdən sonra prezident Miloşeviç Haaqada öldü və təqaüdə çıxmadı. Aleksandr Vuçiç üçün də eyni şey hazırlanır”, – baş nazirin müavini bildirib. Vulinin fikrincə, hazırda Serbiyada keçirilən etiraz aksiyaları gələcək “rəngli inqilab” və hazırkı hökumətin devrilməsi üçün platformadır. O, həmçinin bildirib ki, Serbiya hökuməti xarici müdaxilə ilə mübarizədə Rusiya ilə əməkdaşlıq etməyi planlaşdırır.
//Samir Qurbanov, Editor.az