Qərb Azərbaycanda müxtəlif təxribatlar həyata keçirdə bilər-ŞƏRHbackend

Qərb Azərbaycanda müxtəlif təxribatlar həyata keçirdə bilər-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Ermənistan üzərində Qələbəsi, ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi göründüyü kimi, Qərb, xüsusilə AŞPA, Aİ-nın müəyyən bəhanələrlə Azərbaycana qarşı təzyiqləri artırmasına səbəb olur. Qərb bunu guya “ermənilərin haqlarının müdafiəsi” kimi qələmə verir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qərb Azərbaycanın yaratdığı yeni  geosiyasi reallıqları heç cürə qəbul etmir:

“Azərbaycanın Cənubi Qafqazda möhkəmlənməsi, Türkiyə ilə  birgə yeni siyasi konfiqurasiya qurması Qərbi ciddi şəkildə narahat edir. Azərbaycan hər zaman Rusiya, İrandan ona qarşı təzyiqlərin şahidi olub. Bu təzyiqlər isə müxtəlif formalarda  hələ də davam edir. Bir tərəfdən də Qərbin hazırki addımları Ermənistan-Azərbaycan arasında sülh prosesinə ciddi zərbə vurur. İlk növbədə, Qərbin regionda geosiyasi mövqeyini zəiflədir. Heç şübhəsiz ki, proseslərin başında Fransa dayanır. Fransanın təlimatı ilə AŞPA, Aİ  ölkəmizə qarşı bir sıra təzyiqlər həyata keçirir. Hesab edirəm ki, Qərb ölkəmizdə agentura şəbəkəsi vasitəsilə demokratiya, insan hüquqları, söz azadlığı adı altında müəyyən informasiya məkanları və digər istiqamətlərdə təxribatlar həyata keçirdə bilər”.

//Gülnarə Abasova, Editor.az