Qərb bu taktikanı son ana saxlayıb: “Bununla həm Aİ, həm də ABŞ öz büdcəsinə qənaət edir”backend

Qərb bu taktikanı son ana saxlayıb: “Bununla həm Aİ, həm də ABŞ öz büdcəsinə qənaət edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Qərbdə olan aktivlərinin dondurulub Ukraynaya verilməsi məsələsi ciddi maraq doğurur. Təxminən 61 milyard dollar üzəri vəsaitin silah şəklində Ukraynaya təhvil verilməsi prosesində bir tərəfdən Qərbin silah şirkətləri pul qazanır, ikinci bir tərəfdən Qərb Rusiyanın maddi imkanlarından istifadə edərək Ukraynanın vəziyyətini normallaşdırmağa çalışır. Beynəlxalq hüquqda bununla bağlı hər hansı bir iddia yoxdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Samir Hümbətov deyib.

Onun sözlərinə görə, hər bir vəziyyətdə Qərb potensial imkanları dəyərləndirməyə çalışır:

“Hesab edirəm ki, Rusiyanın aktivlərinin dondurulub Ukraynaya verilməsi Rusiya-Ukrayna müharibəsinin gedişinə müəyyən təsirlər göstərə bilər, əgər bu aktivlər davamlı şəkildə Ukraynaya ötürüləcəksə…Çünki Rusiyanın Qərbdə 348 milyard dollarlıq vəsaiti dondurulub. Əgər bu davamlı olaraq Ukraynaya silah şəklində ötürüləcəksə, bu həm Ukraynaya, həm də Qərbə sərf edəcək. Bunu artıq Qərb ölkələri taktiki gediş olaraq son ana saxlayıblar ki, Ukraynanın məğlubolma ehtimalına qarşı istifadə etsinlər. Beləliklə, sözügedən taktika ilə həm ABŞ, həm də Avropa İttifaqı öz büdcəsinə qənaət edir”.

//Gülnarə Abasova, Editor.az