Qərb cəbhəsindən planlaşdırılmış ciddi təzyiqlər:”Bu, təkcə Ermənistanın işi deyil”backend

Qərb cəbhəsindən planlaşdırılmış ciddi təzyiqlər: “Bu, təkcə Ermənistanın işi deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, təkcə Ermənistanın planı deyil, humanitar müdaxiləni əsaslandırmaq üçün Avropa İttifaqı, ABŞ , Rusiyanın arxasında dayandığı bir proyektdir. Təbii ki, Azərbaycana güc nümayişidir. Hibrid savaş hökm sürür və Qərb cəbhəsindən planlaşdırılmış ciddi təzyiq prosesi davam edir”.

Bu fikirləri beynəlxalq münasibətlər üzrə siyasi şərhçi Əziz Əlibəyli Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılmasına fikir bildirirkən deyib.


Analitik bildirib ki, Rusiya prosesdə gözləmə mövqeyində qalmaqla guya Azərbaycanın cəzalandırılmasına şərait yaradır:

” Məqsədi sonda zəifləmiş Azərbaycandan istifadə etməkdir. Ancaq təbii ki, bu baş tutmayacaq. Digər prizmadan proseslər bizi sülhdən kənarlaşdırmır. Ermənistanla son təmaslar da göstərdi ki, bizim aramızda fundamental məsələlər üzrə fikir ayrılığı yoxdur. Yeganə olaraq Ermənistan tərəfindən də yönləndirilən və sanki prosesi dərəyə daşıyan qondarma Artsaxla bağlı məsələ həll olunmalıdır. Bu addım Azərbaycan tərəfindən böyük ehtimal antiterror əməliyyatları çərçivəsində müşahidə olunacaq. Azərbaycanın iradəsinin qarşısını isə guya həmin o humanitar kampaniyalarla almağa çalışırlar”.

//Gülnarə Abasova, Editor.az