Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Əfqanıstan məsələləri üzrə təhlükəsizlik şurası katiblərinin iclasında çıxış edərək Cənubi Qafqazda qeyri-sabitliyin yaradılmasına görə məsuliyyət daşıyan şəxsin adını çəkib.
O bildirib ki, Qərb Cənubi Qafqazda vəziyyəti “silkələmək” istəyir. Patruşevin sözlərinə görə, Ermənistan-Azərbaycan nizamlanmasının qarşısını almağa çalışan məhz odur.
“Biz qərblilərin Cənubi Qafqazda vəziyyəti sarsıtmaq, Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini də görürük ki, bu da bu regionlarda vəziyyətin gərginləşməsinə səbəb olub”, – Nikolay Patruşev deyib.
//Samir Qurbanov, Editor.az

