Qərb Çinin artan hərbi gücündən narahatdırbackend

Qərb Çinin artan hərbi gücündən narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çin tez bir zamanda hərbi qüdrətini hərbi əməliyyatlara başlaya biləcək səviyyəyə çatdırdı. Bu, Tayvana təhlükəni artırır”.

“Financial Times” qəzeti hərbi rəsmilərə və ekspertlərə istinadən bu məsələni işıqlandırır.

Nəşr yüksək rütbəli Tayvan rəsmisinə istinadən yazır ki, Çinin hərbi-hava qüvvələri və raket qüvvələri “istənilən vaxt sülh dövründən müharibə dövrünə keçə biləcək” həddə çatıb.

Adadakı digər FT mənbələri bildiriblər ki, Çinin hərbi əməliyyatları hazırda iddia edilən “Tayvan işğalı” üçün buraxılış limanları yaxınlığında amfibiya qüvvələrinin daimi təlimi, hava qüvvələrinin hazırlığının müntəzəm yoxlanılması və adanın istənilən hissəsini vura bilən raket sistemlərinin sınaqdan keçirilməsini əhatə edir.

Tayvanın Müdafiə Nazirliyi mart ayında bildirib ki, Çinə işğal 2027-ci ildə baş verə bilər. Nazirlik illik hərbi təlimlər çərçivəsində hərbi əməliyyatların mümkün başlama tarixini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az