Qərb Ərdoğanın Putinlə münasibətlərindən narahatdırbackend

Qərb Ərdoğanın Putinlə münasibətlərindən narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin altıncı ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasındakı isti münasibətlər Qərb dövlətlərini təşvişə salıb.

Bu barədə Editor.az “Financial Times”ə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, Qərb, Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsi, NATO üzvü olan bu ölkənin məhdudiyyətlərə məruz qala biləcəyi riskini artırır.

Nəşrin məlumatına görə, 6 qərb rəsmisi Türkiyə və Rusiya liderləri arasında ticarət və enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılaşmadan narahat olduqlarını bildiriblər.
Bundan əlavə, qəzetin yazdığına görə, Avropa İttifaqı Türkiyə-Rusiya əməkdaşlığını getdikcə daha yaxından izləyir və Türkiyənin getdikcə Rusiya ilə ticarət platformasına çevrilməsindən narahatlığını ifadə edir.

Editor.az