Qərb Ermənistanın vasitəsilə Cənubi Qafqazda möhkəmlənə bilməyəcək:”Təklif etdiyi sülh danışıqları sıradan çıxır”backend

Qərb Ermənistanın vasitəsilə Cənubi Qafqazda möhkəmlənə bilməyəcək:“Təklif etdiyi sülh danışıqları sıradan çıxır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqaz regionu ciddi transformasiya dövrünə qədəm qoyub. Postsovet məkanının ən köhnə münaqişəsi adlandırılan Qarabağ problemi artıq tarixə qovuşdu. Rusiya sülhməramlı kontingentinin də vaxtından əvvəl Qarabağı tərk etməsi regiondakı bu qoca münaqişənin artıq tarix olduğunu rəsmiləşdirdi. Çünki sülhməramlı qüvvələrin bölgəni tərk etməsi o deməkdir ki, Qarabağda münaqişə tərəfləri yoxdur və deməli, missiya da başa çatdı”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıların Qarabağdan çıxması o deməkdir ki, Azərbaycan bölgəni öz suverenliyinə qaytarması prosesində son nöqtəni qoydu:

“Azərbaycan Qarabağ üzərində tam nəzarəti gözləniləndən daha tez əlinə aldı və Rusiya sülhməramlıları bu plana əngəl törətmədilər. Digər müzakirə olunan məslələlərdən biri də Qərb missiyasıdır. Hələ 2020-ci ildə Qərb sülhməramlılarının da Qarabağa buraxılması təklif olunmuşdu. Qərb Qarabağda sülhməramlılarını bölgəyə BMT mandatı altında daxil olmasını və ruslarla birlikdə şərti sərhəddə dayanmaq təklifini irəli sürmüşdü. Azərbaycan və Türkiyə dövlət başçılarının qəti etirazları sayəsində görüş nəticəsiz başa çatmışdı. Dövlətimiz postsovet məkanında ərazisində başqa dövlətin hərbi qüvvəsinin olmadığı yeganə ölkədir. Azərbaycan ancaq öz maraqlarına uyğun siyasət yürüdür və heç kimdən asılı olmaq fikrində deyil. Milli maraq və milli təhlükəsizlik ölkəmiz üçün hər şeydən irəlidədir.

Qərb Ermənistanın vasitəsilə Cənubi Qafqazda möhkəmlənə bilməyəcək. Hazırda qərbin təklif etdiyi sülh danışıqları sıradan çıxır. Azərbaycan Konstitusiyası ölkə ərazisində xarici ölkə hərbi bazalarının qurulmasını qadağan edir. Amma Qərbin NATO – qüvvələriylə Qarabağda missiyaçılıq cəhdi yalnız Türkiyənin regiona gəlməsiylə mümkün ola bilər. NATO üzvü olan Türkiyənin Azərbaycanda hərbi mövcudluğu bütün tərəflərin məmnunluğunu təmin edə bilər”.

//Gülnarə Abasova, Editor.az