ABŞ dövlət katibi Marko Rubio ilə Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri arasında avqustun sonuna qədər İranın nüvə sazişi üzrə razılaşmanın əldə olunması üçün son tarix təyin etmək üçün telefon danışığı olub.
Editor.az bu barədə Axios -a istinadla yazır.
Nəşr qeyd edib ki, əgər son tarixə qədər razılıq əldə olunmasa, üç Avropa dövləti 2015-ci ildə İran razılaşmasına əsasən qaldırılan BMT Təhlükəsizlik Şurasının sanksiyaları üçün “geri qaytarma” mexanizmini işə salmağı planlaşdırır.
Mənbələrin məlumatına görə, avropalılar yaxın vaxtlarda İranla danışıqlara başlamağı və Tehranı sanksiyalardan yayına biləcəyinə inandırmağa çalışırlar. Lakin bu, İran İslam Respublikasından nüvə proqramının dinc xarakter daşıdığını nümayiş etdirmək üçün addımlar atmasını tələb edir.
Xüsusilə, bunlara İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarından sonra İranın dayandırdığı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yoxlamalarının bərpası və Tehranın əlindən təxminən 400 kq 60% zənginləşdirilmiş uranın çıxarılması daxildir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp administrasiyası İranla nüvə sazişi üzrə danışıqları yenidən başlatmağa çalışır. Eyni zamanda, Ağ Ev prezidenti İranın hələ də danışıqlar masasına qayıtmamasından məyusdur.
//Gülnarə Abasova, Editor.az

