Qərb kəşfiyyatı Rusiyanın Ukraynaya hücum planını keçin ilin yayından bilirmişbackend

Qərb kəşfiyyatı Rusiyanın Ukraynaya hücum planını keçin ilin yayından bilirmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb kəşfiyyatı Rusiyanın Ukraynaya hücum planlarından hələ ötən ilin ortalarında xəbərdar olub.

Bu barədə Editor.az “BBC News Ukrayna” istinadən məlumat verir. İdarənin nümayəndələrindən birinin dediyinə görə, yayda kəşfiyyat Kremldə “dar bir qrupun genişmiqyaslı işğal planlaşdırdığı” barədə məlumat əldə edib. Bundan əvvəl isə peykdən çəkilmiş görüntülərdə Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında cəmləşməsi qeydə alınıb.

Lakin o zaman Kremlin niyyətləri barədə dəqiq bir anlayış yox idi. Mənbə bildirir ki, çünki Putin Ukraynanı Rusiyanın təsir dairəsinə qaytarmaq imkanlarının tükəndiyini hiss edirdi. 2 noyabr 2021-ci il tarixində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsin başçılıq etdiyi Amerikanın yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyəti Moskvaya gəlib. Səfər çərçivəsində MKİ rəhbəri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb və Ukrayna sərhədi yaxınlığındakı rus qoşunları ilə bağlı Kremlin mövqeyini öyrənmək istəyib.

Bu zaman Bern Vaşinqtonun Moskvanın Ukraynaya qarşı hücum planından xəbərdar olduğunu söyləyib. Hətta bəzi rusiyalı məmurlar da Rusiyanın Ukraynaya müdaxilə planlarını ilk dəfə məhz burada – MKİ-nin direktorundan eşidiblər. Qərb kəşfiyyatı hesab edir ki, mövcud faktlar Kremli həm Rusiya Federasiyasının özündə, həm də digər dövlətlər qarşısında işğala haqq qazandırmaq imkanından məhrum edib.