Qərb Kiyevə Rusiya aktivlərindən gələn gəlirlə ödəniləcək kredit verməyi planlaşdırırbackend

Qərb Kiyevə Rusiya aktivlərindən gələn gəlirlə ödəniləcək kredit verməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen bildirib ki, Qərb Kiyevə kredit ayırmaq imkanını nəzərdən keçirir və sonra bu kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə ödəniləcək.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Yellen ABŞ Senatının Təxsisatlar Komitəsində çıxışında bildirib. Nazirin sözlərinə görə, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya kreditlərin verilməsi ideyası G7 ölkələrində ciddi dəstək alır.

Yellen bəyan edib ki, Vaşinqton hazırda müttəfiqləri və tərəfdaşları ilə Kiyevə kömək etmək üçün Rusiyanın aktivlərindən istifadə yollarını koordinasiya edir. ABŞ-ın maliyyə naziri xatırladıb ki, Rusiyanın beynəlxalq Euroclear platformasında dondurulmuş aktivlərindən əldə olunan gəlir ildə 3 milyard ilə 5 milyard dollar arasında dəyişəcək.

//Gülnarə Abasova, Editor.az