Qərb mediası: NATO Rusiya ilə münaqişə ehtimalına qarşı gizli plan hazırlayıbbackend

Qərb mediası: NATO Rusiya ilə münaqişə ehtimalına qarşı gizli plan hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Responsible Statecraft portalı NATO-nun Rusiya ilə münaqişə ehtimalına qarşı gizli plan hazırladığını yazıb

Editor.az xəbər verir ki, məqalədə NATO-nun Vilnüs sammitində “minlərlə səhifəlik məxfi hərbi planlar”ın təsdiqlənməsi təklifinin irəli sürüləcəyini deyib. Bu planda soyuq müharibədən sonra ilk dəfə olaraq Rusiya ilə birbaşa qarşıdurma ssenarisinin ətraflı təsvir edildiyi bildirilib. Bildirilib ki, NATO ölkələrinin Brüsseldəki Baş Qərargahında daimi nümayəndələri və digər rəsmilər bu sənədi bağlı qapılar arxasında hazırlayıblar və parlamentlər, müstəqil ekspertlər tərəfindən nəzərdən keçirilməyib. “Alyans daxilində uzunmüddətli hərbi planlaşdırma proseslərini xarakterizə edən şəffaflığın olmaması demokratik nəzarət üçün böyük problem yaradır, çünki NATO Ukraynada münaqişə başlayandan sonra dünya arenasına təsirini gücləndirməyə çalışır”, -deyə bildirilib.

Məqalədə NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerin Alyansa üzv dövlətlərin hər an mümkün münaqişəyə hazır olması ilə bağlı sözləri yer alıb.

Qeyd edək ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun Sammiti keçiriləcək.

//Gülnarə Abasova, Editor.az