Qərb mediası: Qəzzada girovlarla bağlı danışıqlar əməliyyatlar genişləndikcə daha da mürəkkəbləşibbackend

Qərb mediası: Qəzzada girovlarla bağlı danışıqlar əməliyyatlar genişləndikcə daha da mürəkkəbləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və HƏMAS girovların azad edilməsi ilə bağlı dolayı yolla danışıqları davam etdirir.

Editor.az bu barədə Britaniyanın “Financial Times” qəzetinə istinadla xəbər verir. Bildirilir ki, İsrail ordusunun əməliyyatlarını genişləndirməsi prosesi daha da mürəkkəbləşdirir.

Mənbə onu da əlavə edib ki, artıq bu məsələdə “qaçılmaz irəliləyiş” əlaməti yoxdur. Qətərdən olan adı açıqlanmayan bürokrat Dohanın vasitəçiliyi ilə aparılan danışıqların “davam etdiyini” təsdiqləsə də, o, İsrail ordusunun quru əməliyyatlarının prosesi çətinləşdirdiyini bildirib. Qəzetə danışan mənbələrin bildirdiyinə görə, İsrailin ötən cümə günü Qəzza zolağında quru əməliyyatlarını genişləndirmək qərarı tərəflər arasında tezliklə razılığa gəlmək ümidlərini puça çıxarıb.

Financial Times adının açıqlanmasını istəməyən Qərb ölkələrindən bir diplomatın sözlərinə istinad edərək İsrail və HƏMAS arasında keçən həftə sonu razılığa gəlmək üçün böyük gözləntilərin olduğunu, lakin müəyyən çatışmazlıqlar olduğu üçün belə bir şeyin baş vermədiyini bildirib.

Qeyd edək ki, İsrail ordusunun sözçüsü Daniel Hagari cümə günü ordunun Qəzza zolağında quru manevrlərini genişləndirdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az