ABŞ və Venesuela ABŞ-ın ölkənin neft sektoruna qarşı sanksiyaları yumşaldacağını və Venesuelada 2024-cü ildə beynəlxalq nəzarət altında prezident seçkilərinin keçirilməsini nəzərdə tutan anlaşma üzərində razılaşıb.
Editor.az bu barədə qərb mətbuatına istinadla xəbər verir. Məlumata görə, Venesuelada nəzarətli seçkilərin keçiriləcəyi təqdirdə Vaşinqtonun sanksiyaları yumşaldacağı iddia edilib.
Bildirilib ki, ABŞ bu sazişi Venesuelanın hazırkı hökuməti ABŞ-ın dəstəklədiyi müxalifətlə 2024-cü ildə “azad” seçkilərin keçirilməsi ilə bağlı müqavilə imzaladıqdan sonra elan etməyi planlaşdırır. Müvafiq sənədin imzalanmasının çərşənbə axşamı Barbadosda keçiriləcək görüşdə baş tutması planlaşdırılır.
Bildirilib ki, razılaşmaya Venesuelanın ABŞ-dakı aktivlərinin dondurulması daxil deyil. ABŞ 15 ildən çoxdur ki, Venesuela hökumətinə və ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq edir. Lakin ölkə prezidenti Nikolas Maduro 2018-ci il seçkilərində qazandığı qələbənin qeyri-legitim olduğunu iddia etdikdən sonra bu sanksiyalar 2019-cu ildə əhəmiyyətli dərəcədə genişləndirilib.
//Gülnarə Abasova, Editor.az

