Avropa ölkələri ABŞ-ın köməyi olmadan ən azı 10 il öz təhlükəsizliklərini təmin edə bilməyəcəklər.
Editor.az bu barədə “Bloomberg” ə istinadla xəbər verir.
“Yüksək rütbəli məmurlar bilirlər ki, Avropanı müdafiə etmək üçün Birləşmiş Ştatlara etibar edə bilməyəcəklər.Qitədəki fəaliyyətlər göstərir ki, Amerikanın onun köməyi olmadan özünü müdafiə edə bilməsinə ən azı 10 il var”,-deyə bildirilib.
Agentliyə danışan mənbələr Avropa ölkələrinin hazırda hücuma məruz qalacağı təqdirdə bir çox cəhətdən ABŞ-dan asılı olacağını, bəzi sahələrdə bu asılılığın kifayət qədər güclü olduğunu bildirərək, ən aktual problemlərin hava və raketdən müdafiə sistemləri olduğunu, uzun -mənzilli raketlər və müharibədə hesablamalar aparmaq üçün qabaqcıl kompüter sistemləri olduğunu qeyd edib. Xəbərdə həmçinin yüksək rütbəli bir Aİ diplomatından sitat gətirilib: “Avropanın müdafiə qabiliyyətinə sərmayə qoymaması, ABŞ-ın Ukraynaya yardımdan imtina etməsi, ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçilməsi və ölkəsinin NATO-dan çıxdığını bəyan etməsi ən pis haldır”.
//Gülnarə Abasova, Editor.az

