Qərb mətbuatı: NATO ABŞ qoşunlarını Avropadan çıxarmağa hazırlaşırbackend

Qərb mətbuatı: NATO ABŞ qoşunlarını Avropadan çıxarmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO üzvləri ABŞ qoşunlarını Avropadan çıxarmağa hazırlaşır.

Editor.az bu barədə Euractiv-ə istinadla xəbər verir.

Saytın öz mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Avropalı NATO üzvləri ABŞ qoşunlarının qitədən çıxarılması ehtimalı ilə bağlı hazırlıqlara başlayıb.

Avropalı NATO müttəfiqlərinin ABŞ qoşunlarının qitədən mümkün çıxarılmasına alyansın necə cavab verməsi ilə bağlı hazırlıqlara başladığı bildirilib. Bildirilib ki, Avropanın NATO dairələri ABŞ prezidenti Donald Trampın hazırda təxminən 80 min nəfərdən ibarət olan Avropada hazırda yerləşdirilən qüvvələrin sayını azaldaraq onları Asiya və Yaxın Şərqə yönəldəcəyini düşünür.

Xəbərdə NATO-nun Avropalı üzvlərinin uzun illər ABŞ qüvvələrinin çəkilməsi ilə yaranacaq boşluğu doldura bilməyəcəkləri vurğulanıb: “Trampın Ağ Evə qayıtması ilə Avropalı müttəfiqlər 10-20 min ABŞ əsgərinin çıxarılması ssenarilərini müzakirə edirlər”.

//Gülnarə Abasova, Editor.az