Qərb mövqelərini itirir, əvəzində Rusiya güclənir – Laanbackend

Qərb mövqelərini itirir, əvəzində Rusiya güclənir – Laan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Qərb bir sıra Afrika ölkəsində mövqelərini itirir, Rusiya isə bu ölkələrdə mövqelərini gücləndirir.

Editor.az axar.az-a istinadən xəbər verir ki, bunu AB Baş Qərargahının rəhbəri, general-leytenant Mişel van der Laan deyib.

“Bir çox Qərb ölkəsi, o cümlədən ABŞ Niger, Mali, Burkina Faso və digər ölkələrdən sıxışdırılır. Hərəkətə keçməsək bu, gələcəkdə problemlər yaradacaq. Çünki biz Avropaya doğru kütləvi miqrasiya görəcəyik. Miqrasiya problem deyil. Amma miqrasiya ilə birlikdə terror və cinayət də gəlir. Biz isə bunun Avropa ərazisinə daxil olmasına icazə verə bilmərik. Beləliklə, Afrikadakı səylərimizi genişləndirmək üçün inteqrasiya olunmuş bir yanaşma axtarırıq.

Ancaq indiki reallıq ondan ibarətdir ki, biz mövqeləri itiririk: Malidə, Burkina Fasoda, Nigerdə və bəzi başqa ölkələrdə…” – o bildirib.