Qərb ölkələri odla oynayır – RF xarici işlər naziri Sergey Lavrovbackend

Qərb ölkələri odla oynayır – RF xarici işlər naziri Sergey Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Qərb ölkələri Ukraynaya Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etmək imkanını müzakirə edərkən odla oynayırlar.

Editor.az xəbər verir ki, bu barədə o, yəmənli həmkarı Şaya Möhsün əl-Zindani ilə danışıqlardan sonra mətbuat konfransında bildirib. Lavrov deyib ki, Rusiya tərəfi Kiyevə təkcə “Storm Shadow” raketlərindən deyil, həm də uzaq mənzilli Amerika raketlərindən istifadə etməyə icazə verilməsi ilə bağlı fərziyyəni “uzun müddətdir ki, eşidir”.

O, Ukrayna tərəfinin tələblərini şantaj hesab edib. “Biz indi bir daha təsdiq edirik ki, odla oynamaq, necə ki, onlar da balaca uşaqlar kimi şamlarla oynayırlar, nüvə silahı əmanət edilmiş bu və ya digər Qərb ölkələrində yetkin dayılar və xlalar üçün çox təhlükəli bir şeydir”, – deyə nazir qeyd edib.

//Samir Qurbanov, Editor.az