Qərb ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü sürətləndirməyə hazırlaşırbackend

Qərb ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü sürətləndirməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü intensivləşdirməyə hazırlaşır.

Editor.az “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

“Ukraynanın bu müharibə zamanı mümkün qədər yaxşı təchiz olunması və Ukrayna səmasını mümkün qədər uğurla müdafiə edə bilməsi Qərbin, Polşanın maraqlarına, təhlükəsizliyimizin marağına uyğundur”, – deyə o bildirib.

Sentyabrın 12-də Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Polşa rəsmiləri Kiyevin Rusiya ərazisinə hücum etmək üçün uzaqmənzilli raketlərdən istifadə etməsinə icazə verilməsini zəruri hesab edir. Üstəlik, Sikorski bu ilin noyabrında keçiriləcək prezident seçkilərindən sonra da ABŞ-ın Ukraynanı dəstəkləyəcəyinə əminliyini ifadə edib.

//Gülnarə Abasova, Editor.az